·
|
·
|
·
|
·
|
·
|
·
|
 ISO 9001:2000 |
|
Şirkət haqqında
"AZAUDİT (MRİ)" şirkəti 2003-cü ilin fevral ayında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış müstəqil auditor təşkilatıdır. Şirkətin dinamik inkişafı, göstərilən xidmətlərə yüksək tələbin olması onun Azərbaycanın audit, konsaltinq sahəsində aparıcı yerlərdən birini tutmasına səbəb oldu.
2004-cü ildən AZAUDİT (MRİ)-ın dünyanın aparıcı mühasibat və audit şirkətləri assosiasiyasına - Moores Rowland International üzvlüyü maliyyə hesabatlarının xarici istifadə?ilərinə istiqamətlənmiş və yüksək beynəlxalq keyfiyyət standartlarına uyğun yeni xidmətlər təklif etməyə imkan verir. Bundan başqa, müştərilərə dünyanın istənilən ölkəsində MRİ-ın üzv şirkəti tərəfindən yüksək keyfiyyətli və peşəkar xidmətə zəmanət verilir.
AZAUDİT (MRİ)-ın Azərbaycan iqtisadiyyatının aparıcı sahələrinin liderləri ilə əməkdaşlığı prioritet hesab edilir. Göstərilən xidmətlərin fərqləndirici xüsusiyyətlərindən biri də bütün fəaliyyət istiqamətləri üzrə korporativ texnologiyanın mövcudluğudur. Bizim işimizdə əsas meyar müştərilərin biznesinin dayanıqlığı, onun şəffavlığı, risklərin minimallaşdırlıması, nəzarət sisteminin təkmilləşdirilməsi, təsərrüfat fəaliyyətinin hüquqi təminatı və s. kimi fəaliyyət parametrlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasıdır.
Bizim mütəxəsislərin yüksək peşəkar səviyyəsi və şirkətdaxili keyfiyyət standartları müştərilərə gördüyümüz işdən məmnun olmağa zəmanət verir.
|
|
XƏBƏRLƏR
|