·
|
·
|
·
|
·
|
·
|
·
|
 ISO 9001:2000 |
|
Tarix
2003-cü il. AZAUDİT (MRİ) auditor təşkilatı 12 fevral 2003-cü il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq təsis edilmişdir. Şirkətin əvvəlki adı AtaAudit MMC olmuşdur. Həmin il müəssisə martın 17-də Azərbaycan Respublikası Auditorlar Palatasından auditor fəaliyyəti göstərmək üçün lisenziya almışdır. 2003-cü il audit mövsümünün sonunda audit fəaliyyəti göstərmək hüququ alan AZAUDİT (MRİ) 7 müştəri ilə müqavilə imzalayır.
2005-cü il. Böyük ümid və niyyətlərlə 2004-cü ildə işlərini davam etdirən AZAUDİT (MRİ) 2004-cü ildə müştərilərinin sayını 14-ə çatdırdı. Həmin ilin noyabr ayında dünyanın 8-ci böyük auditor təşkilatına Moores Rowland International (MRİ)-ya müxbir üzv qəbul edildi.
2005-ci il. Bu il şirkət daxili korporativ mədəniyyət qaydalarını işləyib hazırladı, şirkətin təşkilati strukturu təkmilləşdi, ştatı genişləndi, 2005-2008-ci illəri əhatə edən inkişaf strategiyası hazırlandı. 2005-ci ildə AZAUDİT (MRİ) audit bazarında ön yerlərdən birini tutdu. Belə ki, müştərilərin sayı 38 oldu, illik gəliri 100.000 ABŞ dollarına çatdı və ölkənin ilk 5 milli auditor şirkətləri sırasına düşdü.
AZAUDİT (MRİ) 2005-ci ilin İyun ayında İrlandiyanın paytaxtı Dublin şəhərində MRİ-ın Avropa Konfransında, sentyabr ayında isə Kanadanın Toronto şəhərində MRİ-ın illik toplantısında iştirak etdi. 2005-ci ildə şirkətin İdarə Heyətinin sədri "Audit Azərbaycan" Daxili Auditorlar İnstitutunun Azərbaycan bölməsinin İdarə Heyətinə üzv seçildi.
|
|
XƏBƏRLƏR
|