·
|
·
|
·
|
·
|
·
|
·
|
 ISO 9001:2000 |
|
Hörmətli xanımlar və cənablar!
Qloballaşan iqtisadiyyatımızda dünya əmtəə və kapital bazarlarına çıxan şirkətlər qarşısında duran əsas məsələlərdən biri də daha etibarlı auditorun, konsultantın seçilməsidir.
AZAUDİT (MRİ) auditor şirkəti 2003-cü ilin fevral ayında yaranmışdır. Ötən illər ərzində həm müştərilərin, həm də yüksək keyfiyyətli xidmət çeşidinin atrması şirkətimizi ölkənin aparıcı auditor təşkilatlarından birinə çevirmişdir. Bizi digərlərindən fərqləndirən əsas cəhətlər obyektivliyimiz, peşəkarlığımız, konfidensiallığımızdır.
2004-cü ildən AZAUDİT (MRİ)-ın dünyanın aparıcı mühasibat və audit şirkətləri assosiasiyasına - Moores Rowland International üzvlüyü maliyyə hesabatlarının xarici istifadəçilərinə istiqamətlənmiş və yüksək beynəlxalq keyfiyyət standartlarına uyğun yeni xidmətlər təklif etməyə imkan verir. Bundan başqa, müştərilərə dünyanın istənilən ölkəsində MRİ-ın üzv şirkəti tərəfindən yüksək keyfiyyətli və peşəkar xidmətə zəmanət verilir.
AZAUDİT (MRİ)-ın Azərbaycan iqtisadiyyatının aparıcı sahələrinin liderləri ilə əməkdaşlığı prioritet hesab edilir. Göstərilən xidmətlərin fərqləndirici xüsusiyyətlərindən biri də bütün fəaliyyət istiqamətləri üzrə korporativ texnologiyanın mövcudluğudur. Bizim işimizdə əsas meyar müştərilərin biznesinin dayanıqlığı, onun şəffavlığı, risklərin minimallaşdırlıması, nəzarət sisteminin təkmilləşdirilməsi, təsərrüfat fəaliyyətinin hüquqi təminatı və s. kimi fəaliyyət parametrlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasıdır.
Sizləri işgüzar partnyor və müştərilər sırasında gorməyimizə həmişə şadıq.
Afiq İsrafilov
AZAUDİT (MRİ) şirkətinin
Baş Direktor
|
|
XƏBƏRLƏR
|