·
|
·
|
·
|
·
|
·
|
·
|
 ISO 9001:2000 |
|
«AtaAudit» MMC beynəlxalq konfransda iştirak edib
«AtaHoldinq» Şirkətlər Qrupuna daxil olan «AtaAudit» MMC 2003-jü ilin mart ayında fəaliyyətə başlamışdır. Şirkətin qısa bir müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq artıq audit bazarına daxil olmuş, çoxsaylı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri yaratmışdır. Bunlardan biri Mores Rowland İnternational - dünya müstəqil mühasibat şirkətləri assosiasiyası ilə aparılan əməkdaşlıqdır. Belə ki, «AtaAudit» MMC 2004-jü ilin noyabr ayından həmin assosiasiyanın müxbür üzvüdür və 2006-jı ildə isə tam üzvü olajaqdır. Məlumat üçün bildirək ki, «MRİ» dünya müstəqil mühasibat şirkətləri assosiasiyası mühasibat və audit xidmətləri üzrə dünyanın 8-ji böyük təşkilatıdır və illik dövriyyəsi 1,8 milyard ABŞ dollarıdır. Bütün dünyada 18895 nəfər işçisi olan bu assosiasiyanın 142 tam, 29 həqiqi üzvü var. Sentyabr ayının 22 də bütün üzvlər assosiasiyanın beynəlxalq konfransında iştirak etmək üçün Kanadanın Toronto şəhərində yığışmışdı. Konfransda Azərbayjanı «MRİ»-ın regionumuzda nümayəndəliyi və müxbür üzvü olan «AtaAudit» MMC təmsil edib. Bu barədə qəzetimizə məlumatı «AtaAudit» MMC-nin İdarə Heyətinin Sədri Afiq İsrafilov verdi. Cənab Afiq İsrafilov assosiasiya haqqında və konfrans barədə bunları dedi: «MRİ» assosiasiyasının böyük dördlükdən bir neçə fərqi var. Bunlardan ən əsası assosiasiyanın avrı-ayrı ölkələrdə yerləşən nümayəndəlikləri tərəfindən mənfəətin baş ofisə köçürülməməsidir. Assosiasiyanın üzvləri baş ofisə yalnız assosiasiyanın yaşaması üçün müəyyən miqdarda üzvülük haqqı köçürürlər. Biz də assosiasiyanın üzvü olduğumuz üçün üzvülük haqqı ödəyirik. Onların daxili standartlarına əməl edir, loqosundan istifadə edirik. Bir növ «MRİ»-ın regionda nümayəndəsiyik. Sentyabr ayının 22-dən 25-dək Kanadanın Toronto şəhərində assosiasiyanın beynəlxalq konfransı keçirildi. Azərbayjanı həmin konfransda «AtaAudit» MMC təmsil edirdi. Biz həmçinin assosiasiyanın bu ilin iyun ayında İrlandiyanın Dublin şəhərində keçirilmiş konfransında da iştirak etmişdik. Keçən konfrans kimi bu konfransda möhtəşəm çıxışlarla zəngin idi. Xüsusilə konfransda Kanada universitetinin professoru, Kanadanın mühasibat və audit üzrə ən məşhur mütəxəssisinin çıxışı iştirakçılar tərəfindən olduqja bəyənildi. Ümumiyyətlə konfransdakı bütün çıxışları dəyərli hesab edirəm və bu jür konfranslarda iştirakımız dünyada mühasibat və audit sahəsində olan təjrübələrin ölkəmizdə tətbiq edilməsində bizə böyük imkanlar açır».
Hazırladı: Seymur Yunusov
|
|
XƏBƏRLƏR
|