Make Homepage az   en   ru   
· About Company · MRI · Career

· Services
· Clients
· Education
· Editions
· Figures
· Contacts

Dünyanın 8-ci böyük auditor şitkəti «AtaAudit-MRİ» tanıyır
Afiq İsrafilov: «bu gün auditin böyük təbliğata ehtiyacı var»

«Auditor xidmətlərindən bəhrələnmək sizə uğur gətirər». Bu cümlə Azərbaycan Respublikası Auditorlar Palatasının təsərrüfat subyektlərinin rəhbərləri üçün yaddaş - xatırlatma elanının son cümləsidir. Həmin elanın əvvəlində isə göstərilir ki, audit ənənəvi təftişdən və nəzarət yoxlamalarından fərqli olaraq, sahibkarlıq fəaliyyətinin bir növü və eyni zamanda sahibkarlıq fəaliyyətində uğur qazanmağın əsas təminatçısıdır.
Auditor xidmətindən istifadə etmək bazar münasibətlərinin istisnasız olaraq bütün iştirakçılarına sərfəlidir, çünki audit – dövlətin, sahibkarların və əhalinin mənafeyi ilə bağlı məsələlərin optimal həllinə imkan yaradan obyektiv, qərəzsiz və müstəqil analitik – nəzarət infrastrukturudur.
Lakin son illərin təcrübəsi, göstərir ki, sahibkarların əksəriyyəti audit xidmətlərindən lazımınca yararlanmır. Mütəxəssislərin əksəriyyəti sahibkarların bu xidmət növünə biganə münasibət göstərmələrinin səbəblərindən biri kimi auditin mahiyyəti haqqında təbliğatın düzgün aparılmamasını göstərirlərsə, digərləri isə səbəb kimi savadsız, təcrübəsiz və auditorların peşə etikasına əməl etməyən auditorlar tərəfindən bu xidmət növünün ucuzlaşdırılmasını göstərirlər. Sonuncu göstərilən səbəbi mütəxəssislər səsləndirdikdə, qəzetlərdən birində müsahibəsi dərc olunmuş bir auditorun belə bir kəlməsi yadıma düşür: «ABŞ-da auditor adı almaq üçün imtahanlarda iştirak edənlərin orta hesabla 11 faizi, bizdə isə 70 faizi bu yüksək şərəfə layiq görülür».
Lakin bu fikirlər əsas ola bilməz ki, respublikamızda audit inkişaf etmir. Bu xidmət növünü inkişaf etdirmək məqsədilə həm Auditorlar Palatası, həm də bir neçə audit şirkəti və sərbəst auditorlar tərəfindən böyük işlər görülür. Yerli auditor təşkilatlarımız müvafiq yönümlü beynəlxalq təşkilatlara inteqrasiya edir, müasir audit standartlarının respublikamıza gətirilməsində birbaşa iştirak edirlər. Belə fəal təşkilatlardan biri də «AtaAudit –MRİ» şirkətidir. Bu yaxınlarda audit xidmətləri bazarında real vəziyyət barədə material hazırlamaq məqsədilə şirkətin İdarə Heyətinin sədri Afiq İsrafilovla görüşüb söhbət etdim. Həmin söhbəti sizlərə təqdim edirik.

- Afiq müəllim, son aylar mətbuat səhifələrində ən çox adı çəkilən yerli audit şirkəti «AtaAudit-MRİ», auditor isə Afiq İsrafilovdur. Rəhbərlik etdiyiniz və Azərbaycan auditini Madriddə və Kanadanın Toronto şəhərində təmsil edən «AtaAudit-MRİ» şirkəti haqqında qısa da olsa, danışmağınız söhbətimizi daha canlı edər.

- «AtaAudit-MRİ» şirkəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış audit-konsaltinq şirkətidir. Şirkətin dinamik inkişafı, göstərilən xidmətlərə yüksək tələbin olması onun Azərbaycanın auditor-konsaltinq şirkətləri arasında aparıcı yerlərdən birini tutmasına səbəb olmuşdur. 2004-cü ildən etibarən «AtaAudit-MRİ»-«Moores Rowland İnternational», ümumdünya müstəqil mühasibat və auditor şirkətlərinin assosiasiyasının müxbir üzvüdür. Şirkətin MRİ-in üzvləri ilə işgüzar inteqrasiyası və təcrübə mübadiləsi beynəlxalq səviyyədə xidmətlərin göstərilməsinə imkan verir. «AtaAudit-MRİ» müəssisələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına, ilk növbədə, maliyyə, mühasibat uçotunun və vergiqoymanın təkmilləşdirilməsinə yönəlmiş audit və konsaltinq xidmətləri göstərir. Biz yalnız auditor rəyi təqdim etməklə kifayətlənmir, eyni zamanda müştərilərin mühasibat uçotunun təkmilləşdirilməsi və vergiqoymanın optimallaşdırılması, idarəetmə uçotunun qurulması, büdcə sisteminin hazırlanması, müəssisənin aktivlərinin qiymətləndirilməsi sahəsində də məsləhətlər veririk.
Artıq bu gün onlarla yerli və xarici təşkilatlar bizim xidmətlərimizdən istifadə edirlər. Bunlardan ARDNŞ, PEPSİ , European Tabacco Baku, Momentum Encinerinq, «A+A» Şirkətlər Qrupu, Kaspian Oil Servis və «AtaHoldinq» Şirkətlər Qrupunun müəssisələrini göstərə bilərəm. Bu gün 31 nüfuzlu təşkilatla müqaviləmiz var və bu müqavilələr üzrə gördüyümüz işlərin dəyəri 410 milyon manatdan çoxdur. Müqayisə üçün bildirim ki, şirkətimizin dövriyyəsi 2004-cü ildə 150 milyon manat olmuşdur.
- Afiq müəllim, bu gün sahibkarların əksəriyyəti audit xidmətlərindən lazımi səviyyədə faydalana bilmir. Sizin fikrinizcə, buna səbəb nədir və bu problemi həll etmək üçün hansı tədbirlər görülməlidir?
- Düzdür, son illərin təcrübəsi göstərir ki, sahibkarların əksəriyyəti audit yoxlamalarından keçmir. Bunun səbəblərindən biri əksər təşkilatların maliyyə imkanlarının az olması və ya heç olmamasıdır. Maliyyə resurslarının olmaması şirkətlərə audit xidməti üçün vəsait ayırmağa imkan vermir. Ən başlıca səbəblərdən biri də auditin mahiyyətinin hələ də insanlar tərəfindən düzgün başa düşülməməsidir. Görünür, bu gün auditin böyük təbliğata ehtiyacı var və buna görə də Auditorlar Palatası bu istiqamətdə fəaliyyətini sürətləndirməlidir. Bir neçə il bundan əvvəl ölkəmizdə vergi mədəniyyəti də aşağı idi, vergilərin mahiyyəti düzgün başa düşülmürdü. Lakin Vergilər Nazirliyinin apardığı səmərəli fəaliyyət nəticəsində bu problem kifayət qədər aradan qaldırılıb. Məktəblərdə vergilər fənninin tədrisi, Bakı şəhərində və respublikamızın müxtəlif yerlərində vergilər haqqında maarifləndirici reklamların qoyulması, 195 nömrəli telefon xidmətinin açılması kimi tədbirlər bu problemin azalmasına kömək etdi. Mən hesab edirəm ki, Auditorlar Palatası da bu kimi yollardan istifadə etməklə auditin mahiyyətini insanlara başa salmalıdır.
- Afiq müəllim, keçən ilin rəqəmlərinə müraciət etsək, görərik ki, audit xidmətləri üzrə yerinə yetirilmiş müqavilələrin orta qiyməti 5,6% azalaraq təxminən 7,9 milyon manatdan 7,5 milyon manata enmişdir. Sizin şirkətin necə, müqavilələrinin orta qiyməti azalıb, yoxsa artıb?
- Göstərdiyiniz rəqəm ümumi olaraq Azərbaycan bazarında orta qiymətlərin azaldığını göstərir. Bu azalmanın səbəbini öyrənmək bir çox araşdırmalar tələb edir. Qaldı ki, bizim şirkətin yerinə yetirdiyi müqavilələrin orta qiymətinə, bu barədə mən belə deyərdim. Biz audit xidmətlərindən əlavə, konsaltinq xidmətləri də göstəririk. Yalnız konsaltinq xidmətləri üzrə yerinə yetirdiyimiz müqavilələrdə azalma olmuşdur. Lakin audit xidmətləri üzrə işimiz uğurludur, əksinə, həm müqavilələrimizin sayı, həm də qiyməti artıb. Biz yüksək keyfiyyətli audit xidmətləri göstəririk, işimiz telefonla ucuz rəy vermək deyil. Bizim mütəxəssislərin yüksək peşəkarlıq səviyyəsi və şirkətdaxili keyfiyyət standartlarımız müştərilərə gördüyümüz işdən məmnun olmağa zəmanət verir.
- İstərdim söhbətimizdə audit xidmətinin sığortalanması məsələsinə də toxunaq. Artıq cəmiyyətdə bu haqda qəbul olunacaq qanunun diskussiyası gedir. Xahiş edirəm, bir az da bu sığorta növü barədə də danışasınız.
- Audit xidmətinin sığortalanması dedikdə, auditorun sifarişçiyə verdiyi rəyin gələcəkdə doğru olmaması səbəbindən baş verə biləcək hadisədən qorunmaq başa düşülür. «Artur Andersen» kimi dünya şöhrəti auditor şirkəti ətrafında bir neçə il əvvəl baş vermiş hadisə audit xidmətinin sığortalanması işini qlobal miqyasda daha da aktuallaşdırdı. Auditor şirkətinin nəhəng enerci şirkətinə verdiyi doğru olmayan rəy sonda həmin şirkətin iflası ilə nəticələndi. Buna görə də dünyanın bir çox ölkələrində bu cür mənfi hallardan qorunmaq üçün audit xidməti sığortalanır. Ölkəmizdə də bu qanunun qəbul olunması təklif edilirsə, bu, müsbət haldır, baxmayaraq ki, bundan da vacib qəbul olunası qanunlar və normativ aktlar var. Bu məqsədlə bizim tərəfimizdən bir neçə qanun layihəsi işlənib hazırlanıb və yaxın günlərdə Auditorlar Palatasına təqdim edəcəyik.
- Audit sahəsində olan beynəlxalq təcrübəni ölkəmizə gətirmək məqsədilə «Moores Rowllnd İnternational» ümumdünya müstəqil mühasibat və auditor şirkətlərinin assosiasiyası ilə apardığımız əməkdaşlıq və həmin assosiasiyanın beynəlxalq konfranslarında iştirakınız barədə nələri deyə bilərsiniz?
- «Moores Rowland İnternational» dünyanın 95 ölkəsində təmsil olunmuşdur. 178 üzv şirkət, 628 ofis, 20800 partnyoru, illik dövriyyəsi 1,8 milyard ABŞ dolları olan dünyanın 8-ci böyük auditor şirkətidir. MRİ-nin əsas məqsədi üzvlərinin peşəkar üstünlüklər və yüksək təcrübi standartlara əsaslanan, milli sərhədləri olmayan, yüksək keyfiyyətli xidmətlər göstərmək qabiliyyəti və bacarıqlarına dəstək verməkdir. Bu siyasət üzvlərin öz ərazilərində həm milli, həm də beynəlxalq müştərilərinin tələb etdikləri işgüzar konsultativ xidmətlər göstərən aparıcı təşkilata çevrilməsinə yardım edir. 2004-cü ildən «AtaHoldinq-MRİ» şirkəti «Moores Rowland İnternational», ümumdünya müstəqil mühasibat və auditor şirkətləri assosiasiyasının müxbir üzvüdür. Şirkətimizin MRİ-in üzv tərəfdaşları ilə işgüzar inteqrasiyası və təcrübə mübadiləsi həqiqətən beynəlxalq səviyyədə xidmətlərin göstərilməsinə imkan verir. Həmçinin göstərdiyimiz xidmətlərin yüksək keyfiyyəti MRİ assosiasiyasının müstəqil ekspertləri tərəfindən təsdiq edilmişdir. Bizim şirkət «MRİ»-ın Azərbaycanda nümayəndəsidir. Biz də digər üzvlər kimi birliyin daxili standartlarına əməl edir, loqosundan istifadə edirik. Sentyabr ayının 22-dən 25-dək Kanadanın Toronto şəhərində assosiasiyanın beynəlxalq konfransı keçirildi. Azərbaycanı həmin konfransda «AtaAudit» MMC təmsil edirdi. Biz həmçinin assosiasiyanın bu ilin iyun ayında İrlandiyanın Dublin şəhərində keçirilmiş konfransında da iştirak etmişdik. Keçən konfrans kimi bu konfransda möhtəşəm çıxışlarla zəngin idi. Xüsusilə konfransda Kanada universitetinin professoru, Kanadanın mühasibat və audit üzrə ən məşhur mütəxəssisinin çıxışı işt, irakçılar tərəfindən olduqca bəyənildi. Ümumiyyətlə konfransdakı bütün çıxışları dəyərli hesab edirəm və bu cür konfranslarda iştirakımız dünyada mühasibat və audit sahəsində olan təcrübələrin ölkəmizdə tətbiq edilməsində bizə böyük imkanlar açır.
- Ətraflı müsahibə verdiyiniz üçün minnətdarıq.


Hazırladı: Seymur Yunusov
ÍÎÂÎÑÒÈ

In 2008 AZAUDIT enlarged more its activities and collaborated with new big companies: “DETAL” Group of Companies ( “DETAL Limited”, “DETAL Aluminium”, “DETAL – Metal”), “Azeraluminium”.

In 2007 AZAUDIT concluded contracts with such big companies as “Norway Micro Finance”LLC , “Global Invest Company” LLC (Park Inn), “Qazelli” LLC.

The first “Praxity” Annual Conference had been conducted in Barcelona city of Spain during October 26-31 2007.

The next International Conference of MRI had been held in Moscow city of Russiya during March 01-04 2007.

   Address: Khagani str.1, Khagani Business Center, floor 4, AZ 1000, Baku, Azerbaijan     Òål.: (+99412) 598 2070     Fax: (+99412) 598 2526     URL: www.azaudit.az RedMagic © 2006